Download What connects the Azerbaijani carpets with the carpets of the ancient Incas carpets
Document related concepts
no text concepts found
Transcript
What connects the Azerbaijani carpets with the carpets of the ancient Incas ? (carpets «Chimu» style) The paper is devoted to the not yet found scientific explanation - the phenomenon of the similarity of many ornamental motifs and design principles in the carpets of Azerbaijan and the Inca Empire. Carpets of the Incas, made in the famous "Chimu" style, have ornaments similar to those found in Azerbaijani carpets. In the XIIIth century, an Italian traveler Marco Polo visited historical Azerbaijan, describing the delivery routes and the most valuable goods and raw materials of this region. In the XV century, the region visited the Spanish ambassador and traveler Ruy Gonzáles de Clavijo, who asked permission from the local ruler Uzun Hassan for the exchange of goods. In the 16th century, the Venetian trade dealers Giovan Maria Angiolello, Ambrosio Contarini, Josafa Barbaro, Caterino Zeno visited. They studied the ways and routes for the delivery of craft goods, silk, spices from Asia to Europe. It was at this time that images of Shirvan carpets appeared in the paintings of the Venetian and Flemish artists. Spanish conquistadors and trade dealers could deliver Azerbaijani carpets from Europe to the Inca Empire and the american continent. Among experts on carpets and carpet dealers there is an opinion that the technique of weaving flat woven carpets sumac, kilim, zili - inevitably leads to the appearance of similar ornaments and motifs. This is a misconception. Ornaments and motifs of technological origin are not fixed in traditional cultures and "die" in the process of historical development. Ornaments carry information about the ideological, cultural and artistic values of an ethnos. The issue of migration of Azerbaijani ornaments and their adaptation in the carpets of the Incas needs further study. Along with the version on transit through Europe, there may have been transcontinental trade and migration between Asia and America before the discovery of America by Columbus. Perhaps the movement of goods and technology along the “Great Silk Road” did not end in Europe and continued across the ocean to the American continent. İNK SİVİLİZASİYASI XALILARİNİ AZƏRBAYCAN XALILARI İLƏ NƏ BİRLƏŞDİRİR ? Kolumbdan əvvəlki Amerikanın ən iri sivilizasiyalardan biri İnka (İnca) İmperiyasında yaranmışdır. Müasir Peru, Ekvadorun böyük hissəsi, Boliviyanın 3/2 hissəsi, Argentinanın şimali-qərb hissəsi, Çili-nin şimal və qərb hissəsi və Kolumbiyanın cənubi-qərb hissəsini əhatə edən qədim İnka İmperiyası zəngin mədəniyyət yaratmışdır. İnklar İmperiyası XIII əsrdə yaranaraq, XVI əsrdə, İspanların Amerika qitəsini zəbt etməsinədək inkişaf etmişdir. İnkların rəsmi dili “Quechua” adlanmış, paytaxtı müasir Peru ərazisində olan qədim Kusko şəhəri olmuşdur. İnklar panteist olaraq, təbiət ruhlarına və totemlərə inanmışlar. “İnti” günəş və baş tanrı idi. İnklar öz hökmdarlarını “Sapa İnka” – günəşin oğlu adlandırmışlar. İnklarda yazı mədəniyyəti olmamış, onlar dəmir istehsalına və mədəniyyətinə yiyələnməmiş və təkərli nəqliyyatla tanış olmamışlar. Bütün bunlarla bərabər, İnklarda şəhər mədəniyyəti, monumental daş memarlıq, heykəltəraşlıq zərgərlik, toxuculuq sənəti yüksək səviyyədə inkişaf etmişdir. XIII – XVI əsrlər ərzində İnklarla Azərbaycan arasında əlaqə ola bilərdi mi ? İlk baxışda cəfəng görünən bu fikir İnkların xalı sənətində yayılmış naxış, simvol, dizayn sxemlərinə baxdıqda – bir o qədər cəfəng görünmür. Hər iki xalı sənətində nəzərə çarpan oxşarlığı danmaq mümkün deyil. Bəzi tarixi faktlara və mülahizələrə nəzər salaq: 1. XIII əsrdə Venesiyalı səyyah və tacir Marko Polo iki dəfə Azərbaycanda olmuş və buranın təbii ehtiyatları, sənətkarlığı haqqında məlumatlarla bərabər, yük karvanı Aralıq Dənizi sahillərinə, oradan isə - dəniz yolu ilə Venesiyaya qayıdır. Bu ticarət yükündə xalılar xüsusi yer tutur. Marko Polo yeni ticarət yollarını, Avropa ilə Aşıya arasında ticarət əlaqələrini yaratmağa cəhdlər edir. Deyilənə görə Amerikanı kəşf edən zaman Kolumbun istifadəsində Marko Polonun “Səyahətlər kitabı” olmuşdur. XV əsrdə Venesiya ilə Qaraqoyunlu və Şirvanşahlar dövləti arasında əlaqələr artır. “Venesiya Ticarət Evi”nin nümayəndələri Ambrojio Kontarini, İosofato Barbaro, Katerino Dzeno və nəhayət – ispan diplomatı və səyyahı Rüyi Klavixo Qonsales Şirvandan Avropaya digər mallarla bərabər - xalılar aparırlar. 2. XV əsr İspan, İtalyan və Flamand rəssamlarının əsərlərində Azərbaycan xalılarının təsvirləri çoxalır. Bu onu deməyə əsas verir ki, Şirvan xalısı Avropa bazarında görünməyə başlayır. 3. XV - XVI əsrlər ərzində Amerikanın Kolumb tərəfindən kəşfindən sonra onu zəbt edən İspan konkistadorları və tacirləri Avropa bazarlarından alınmış Şirvan xalılarını öz səfərlərində istifadə edir. Məlum olduğu kimi, ispanlar ilk mərhələdə İnklarla mal mübadiləsi edərək, xalça, parça, ədviyyat və s əvəzinə onlardan ritual qızıl əşyalar almışlar. Sonrakı mərhələdə İnkların qızıl dini əşyaları sadəcə qarət və müsadirə olunmağa başlayır. 4. Amerikaya ispanlar tərəfindən gətirilmiş Şirvan xalıları, onların kompozisiya sxemləri, naxışları yerli simvolik düşüncə və bədii təfəkkür əsasında sintez olunaraq, bəzi İnk tayfalarının xalı sənətində yayılır. Şirvan xalı motivləri əsasən İnkların iri sənətkarlıq mərkəzi olan qədim Çimor xalılarında (sumaq və kilim texnikalı) yerli naxışlarla qarışaraq,(XVə. ikinci yarısı – XVIə. birinci yarısı), özünəməxsus “Çimo” üslubunda (Chimu style) bərqərar olmuşlar. Əlbəttə, bu fərziyyədir. Lakin, İnk və Şirvan xalıların oxşar ornamental motivləri, rəmzləri, kompozisiyalarında bu qədər təsadüfi oxşarlıq ola bilərdimi ? İlk baxışda ağlasığmaz görünən bu fərziyyəni inkar etsək belə, xalılardakı oxşarlıq, qohumluq faktını inkar etmək mümkün deyil. Bu oxşarlığı görən və bizim kimi “şok” keçirən dünyanın mötəbər xalı ekspertləri və satıcıları (dealer) belə bir fikir irəli sürüblər ki, xovsuz kilim, sumax, zili toxuma texnikaları qeyri-iradi olaraq oxşar naxışların yaranmasına gətirib çıxarır. Doğrudan da dünyanın istənilən xalqında sumaq və kilim texnikalarında toxunmuş xalılarda oxşar motivlər var. Lakin Şirvan və İnk xalılarında olan oxşarlıq sayı heç birində rast gəlinmir. Toxunma texnikasının özünün qeyri- ixtiyari olaraq oxşar motiv yaratması fikri ilə bütün ekspertlər razılaşmır. Naxışlar sadə və mənasız vizual formalar deyil. Naxış dünya görüşdən, həyat tərzindən, bədii düşüncə tərzi və alqoritmindən irəli gələn bədii işarədir. Naxış ideyanın, mücərrəd anlayışın, obrazın ifadəsi olmaqla bərabər, mühüm semiotik informasiya daşıyıcısı və etnik kulturogenezin mühüm tərkib hissəsidir. Qeyri-ixtiyari, təsadüfi, texnoloji proses nəticəsində mexaniki olaraq yaranan naxış “boş” olaraq, məna yükünə, simvolizmə malik olmur və bu səbəbdən ənənəvi bədii mədəniyyətlərdə bərqərar olmamışlar. Bununla belə, Azərbaycan xalı motivlərin miqrasiya marşrutu, vaxtı və amerikanın İnk mədəniyyətində adaptasiya olması məsələləri bu günədək açıq qalır. Burada, getdikcə tez-tez səslənən digər bir mülahizə yada düşür: Asiya və Amerika qitələri arasında transkontinental ticarət əlaqələri, miqrasiyalar – Kolumbun Amerikanı “kəşf etməsindən” xeyli əvvəl də mövcud olmuşdur. Bu mülahizə də hələ ki fərziyyə statusunda qalmaqdadır. Xalılarımızın Amerika qitəsinə çatması və onların naxışlarının İnk sivilizasiyasının xalı sənətində yerli naxışlarla bərabər kompozisiyalarda yer alması bizə hələ naməlum olan yollar və üsullarla baş verə bilərdi. Bilavasitə XV-XVI ə.ə. İnk xalılarında meydana gəlmiş məşhur “Cimo üslubu”nun Şirvan xalı motivləri ilə oxşarlığı özünün elmi izahını gözləyir. BIBLIOGRAPHY 1. A short narrative of the life and acts of the king Ussun Cassano by Giovan Maria Angiolello. A narrative of Italian Travels in Persia in the XV and XVI centuries. Hakluyt Society, vol.49. London 1873. 2. Travels in Persia by Caterino Zeno. A. Narrative of Italian Travels in Persia in the XV and XVI centuries. Hakluyt Society, vol.49. London 1873. 3. Barbaro J. Travels to Tana and Persia by Josafa Barbaro, transl. From the Italian ed. By Lord Stanley of Alderley. Hakluyt Society. London 1873. 4. The Travels of the Magnificent M.Ambrosio Contarini, ambassador of the illustrious signory of Venice to the Great Lord Ussuncassan, king of Persia in the year 1473, ed. By Lord Stanley of Alderly. London, Hakluyt Society 1873. 5. Polombini, Barbara von. Bündniswerben abendlandisher Machte im Persen,1453-1600. Wiesbaden: 1968. 6. Алиева Ф.К. Роль орнамента в культурогенезе. // Вестник Бакинского Университета, Баку, 2005, №2, с.158-163. 7. Алиева Ф.К. Торговые пути античного Азербайджана. // Вестник Бакинского Университета, Баку, 2005, №4, с. 230-233 8. Гилевич Е.В. Традиционный орнамент как семиотическая структура. Диссертация на соискание ученой степени кандидата культурологии. Московский Гуманитарный Университет. Москва 2012. ILLUSTRATIONS Что связывает Азербайджанские ковры с коврами древних Инков ? (ковры «Chimu» style ) Статья посвящена не нашедшему до сих пор своего научного обьяснения – феномену схожести многих орнаментальных мотивов и принципов дизайна в коврах Азербайджана и Империи Инков. Ковры Инков, выполненные в знаменитом стиле “Chimu” имеют орнаменты, похожие на тех, которые имеются и в азербайджанских коврах. В XIII веке в историческом Азербайджане побывал итальянский путешественник Марко Поло, описавший маршруты доставки и наиболее ценные товары и сырье этого региона. В XV веке этот регион посетил испанский посол и путешественник Ruy Gonzáles de Clavijo, просивший разрешение у местного правителя Узун Гасана на обмен товарами. В XVI веке здесь побывали венецианские торговые диллеры Аброджио Контарини, Иософато Барбаро, Катарино Дзено. Они изучали способы и маршруты доставки ремесленных товаров, шелка, пряностей из Азии в Европу. Именно в это время появляются изображения Ширванских ковров в картинах Венецианских и Фламандских художников. Испанские конкистадоры и торговые дилеры могли доставить из Европы Азербайджанские ковры в Империю Инков и Американский континент. Среди экспертов по коврам и у ковровых дилеров существует мнение, что техника ткачества плоских ковров сумах, килим, зили – неизбежно приводит к появлению схожих орнаментов и мотивов. Это ошибочное мнение. Орнаменты и мотивы технологического происхождения не фиксируются в традиционных культурах и «умирают» в процессе исторического развития. Орнаменты несут в себе информацию об идеологических, культурных и художественных ценностях этноса. Вопрос миграции Азербайджанских орнаментов и их адаптации в коврах Инков нуждается в дальнейшем исследовании. Наряду с версией о транзите через Европу, возможно, существовала трансконтинентальная торговля и миграции между Азией и Америкой еще до открытия Америки Колумбом. . Возможно, движение товаров и технологий по «Великому шелковому пути» не заканчивалось в Европе и продолжалось через океан до американского континента.
Related documents