Download The Azerbaijan flag. The origin of the symbol of the crescent and the star

Document related concepts
no text concepts found
Transcript
Telman Ibrahimov
The Azerbaijan flag. The origin of the symbol of the crescent and the star
AZƏRBAYCAN BAYRAĞINDAKİ AYPARA-ULDUZUN
MƏNŞƏYİ, TARİXİ VƏ MƏNASI
Azərbaycanda üçrəngli, aypara-ulduzlu dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın
9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilir. Bayrağın
müəllifi Əli bəy Hüseynzadə olmuşdur.
...”Bayraqda əks olunan rənglərin mənası məlum olsa da, ağ rəngli aypara
və
səkkizgüşəli
ulduzun
mənası
barədə
yekdil
fikir
yoxdur”...
(https://az.wikipedia.org/wiki/Azərbaycan_bayrağı )
Bu ifadəni oxuyaraq, özünə, tarixinə, dövlətinə, bayrağına hörmət edən hər
bir kəsin səsləndirmədiyi, amma, ağılına gəldyi sualı “eşitdim”: “Bu nə millət, necə
dövlətdir ki, öz bayrağının rəmzi haqda yekdil fikri yoxdur?! BərəkAllah-bizlərə !!!
Aypara–ulduzun bayrağımıza İslamdan gəlməsini düşünənlərə sual:
İslamiyyətdən əvvəl xalqımızın dünya və həyat qanunauyğunluqları barədə
təsəvvürləri və bilikləri olmayıb mı? Xalqımızın dünya görüşü tarixi elə YIII əsrdən
başlayır ?
Aypara-ulduzun tarixi İslam tarixindən qat-qat uzun olduqdan, İslamiyyət
mərhələsi özü bu tarixin yalnız bir qısa mərhələsi ola bilərdi və oldu da!
Bayrağımızın rəmzini, onun tarixini TANIYAQ, YEKDİL OLAQ ...
1. İnsan nəsli yaranan gündən səmada axşam və səhər çağlarında planetimizin təbii
peyki olan Ayı və onun yaxınlığındaki ən parlaq ulduzu daima müşahidə etmiş və
onları digər səma cisimlərindən fərqləndirmişdir. Digərlərdən fərqli olaraq, bu cütlük
yerini, vəziyyətini, halını bir ay ərzində və il boyu dəyişərək, təbiətə, məhsula,
həyata, insana təsir etməsi dərk olunur.
İbtidai dualizm (ikilik, əkslik) təsəvvürlərinə görə bunlardan biri – “kişi”,
digəri – “qadın başlanqıcı” kimi qəbul olunur. İbtidai dualizm dünyanın və həyatın
mütləq törədici əksliklərdən ibarət olması fikri ilkin dini təsəvvürlər sisteminə daxil
edilir. Əbədi həyatın iki “əks başlanqıc”
“vəhdətindən” yaranması ideyası
aksiomaya çevrilir.
2. Qədim dövrdə sivilizasiyanın yaranması ilə mifoloji təfəkkür və dünyanın yeni,
“izahlı modeli”(Myth) yaranır. İlk sivilizasiyalardan olan - Mesopotamiyada(Sumer,
Akkad, Babil) yer kürəsinin peyki olan Ay üç ali tanrıdan birinə çevrilir. Sumer
dövründə Ay tanrısı – “Nanna”(kişi obrazında), Akkad və Babil dövründə - “Sin” adı
ilə inanclarda “yaşayır”. Həyatın təbiət qanunauyğunluqlardan, mövsümi məhsuldan,
təsərrüfat bilgilərindən asılı olması, Ay tanrısı “Nanna”nı “Zaman və biliklərin
hökmdarı”, “Göyün hökmdarı”na çevirir.
Ayın(“Nanna”) ətrafında olan ulduz da əsatirləşərək, Nannanın qızı –
İnannaya çevrilir və 8 guşəli ulduz şəklində işarələnir. İnanna - məhsul bolluğu,
törədici enerjiyə malik qız (qadın) ilahəsinə çevrilir.
3. Mesopotamiya sivilizasiyasının məhvi orada yaranmış elmi və dini inancların
məhfi olmadı. Bu inanclar sonraki qədim sivilizasiyalara keçərək, onlarda davam
etdi. Həmin inancların yayılmasının Qərb qolunu: Hittiitlər-Frigiya-LidiyaYunanıstan-Roma-Bizans ölkələri; Cənub qolunu: – Finikya-Fələstin-MisirSəudiyyə Ərəbistanı-Şimali Afrika ölkələri; Şərq qolunu isə: Qədim Elam-MannaMidiya-Əhəmənilər-Atropatena-Sasanilər-Qafqaz Albaniyası əraziləri təşkil etdi. Bu
inancların bir qismi Xəzərin cənubundan(Parfiya) keçərək, Baktriyaya-Quşana dək
çatır. Qədim Mesopotamiya mədəniyyət ocağından törəyən bu üç cərəyanın əhatə
etdiyi ərazilərdə Ay-Ulduz fenomeni cüzi fərqlərlə, Şərqin ümumi “Dünya modeli”
konsepsiyasına çevrilir.
4. Tarixi Azərbaycan ərazisi Mesopotamiya sivilizasiyasının Şərq qoluna aiddir.
Sumer-Akkad-Babildən sonra Aypara/ulduz Elam-Manna-Midiya-ƏhəmənilərAtropatena-Sasanilər və Qafqaz Albaniyasına köçür. “Qafqaz Albaniyasında(e.ə. IYb.e. YII ə.) aya və ulduza sitayiş dövlət səviyyəsində olmuş, ay məbədinin kahini
hökmdardan sonra ikinci şəxs, “Ay məbədi” isə - dövlətin əsas dini məbədi
olub”(Strabo."Geography", vol. XI, chapter 4, page 503).
5. Yuxarıda deyildiyi kimi, Aypara/Ulduz “miqrasiyasının” Qərb qolu HittiitlərFrigiya-Lidiya-Yunanıstan-Roma-Bizans ərazilərini əhatə edir. Aypara/ulduzun
buralarda qədim Babil mənşəli kosmoqonik rəmz olması məlum idi. Roma
imperiyası, Bizans və Xristianlığın yaranması ilə bu rəmz dini müstəvidən – magik
müstəviyə köçürülür. Buralarda 8 guşəli ulduz - 5 guşəli ulduza çevrilərək, onun
qoruyucu, talismanik əhəmiyyəti qabardılmağa başlayır.
Osmanlılar 1453-cü ildə Konstantinopolu aldıqda aypara/ulduzlu bayraq ilk
dəfə şəhər darvazasından asılır. Bu vaxta qədər aypara/ulduz Osmanlıların yalnız
sülalə bayrağında və döyüş sancaqlarında olur.
İslamın Xristianlıq üzərində qələbəsi kimi qiymətləndirilən bu tarixi hadisə
nəticəsində aypara/ulduz etno-mədəni kontekstdən-İslam kontekstinə keçirilir.
İslamın xristianlardan fərqli olaraq, günəş təqvimindən–ay təqviminə keçməsi ayı
İslam kontekstində bir qədər də möhkəmlədir. 5 guşəli ulduz İslamın 5 təməlini
işarələndirməyə başlayır. Bununla belə, Aypara və 5 guşəli ulduzun İslam simvolu
kimi dünyada təsbit olunması bilavasitə Osmanlıların Bizans üzərində qələbəsindən
sonra geniş vüsət alır.
Osmanlılarda “Al bayrak” 19-ci əsrin birinci yarısında, “Tanzimat”
(reorganization) dövründə dini müstəvidən-siyasi müstəviyə keçirilir. 29 may 1936cı ildə Türkiyə Respublikasının bayrağı haqqında “Qanun” qəbul edilir.
6. Aypara və Ulduz “miqrasiyasının” Cənub qolu Finikya-Fələstin-Misir-Səudiyyə
Ərəbistanı-Şimali Afrika ərazisini əhatə edir. Bu “miqrasiya” nəticəsində ərəblər
islamdan çox-çox əvvəl aypara/ulduzun dini simvolikası il tanış idilər. İslamın
yaranması bu qədim simvolu yeni kontekstə daxil edir. Lakin, Muhammad (s.ə.və s.)
peyğəmbər və onun ilk davamçıları dövründə hələ aypara İslam simvolu kimi
tanınmır. Aya və ulduza münasibət Quranda 54.“Əl Qəmər”(Ay) surəsində əks
olunur. “Əl Qəmər” surəsinin ilk 3 ayəsi ay obrazının ərəblərdə hələ qədimdən
sehrlə, cadügərliklə əlaqəli olmasına işarə edir.
7. Azərbaycanda Xalq Cümhuriyyəti yaradılarkən, mənəvi tariximizi yaxşı bilən
ziyalılarımız, başda Məhəmmədəmin Rəsulzadə və Əli bəy Hüseynzadə olmaqla,
qədim inanclarımızı əks etdirən Aypara və 8 guşəli ulduzu Dövlət bayrağımızda
təsbit edirlər. İslam mənəviyyatını aypara/ulduzdan fərqləndirərək – yaşıl rənglə
ifadə edirlər.
Hər ay ərzində və daima DOĞULAN-YAŞAYAN-QOCALAN-ÖLƏN və
yenidən DOĞULARAQ YAŞAYAN Ay “Ölməzliyin”, “Əbədiliyin” ən mükəmməl
və kamil rəmzi ola bilərdi və oldu da! 8 guşəli ulduz isə, həmin ayın bəxş etdiyi
Əbədilikdə - bolluğu, bərəkəti, fiziki aləmi, həyat enerjisinin günəşidir.
Minilliklərdən keçmiş aypara-ulduzumuz “ƏBƏDİ, ÖLMƏZ HƏYAT”
simvolu kimi bayrağımızda ulu keçmişimizi bu günümüz və sabahımızla birləşdirdi.
Dövlət bayrağımız üzərindəki aypara/ulduz qoruyucu “talisman” kimi bizi
mənəvi yaddaşımızı itirməkdən qoruyur.
Yaddaşımızı itirməsək, fikrimiz də yekdil olar !