Download The origin and symbolism of the S-shaped protective symbol
Document related concepts
no text concepts found
Transcript
Telman Ibrahimov Azerbaijan The origin and symbolism of the S-shaped protective symbol S-şəkilli qoruyucu talismanın mənşəyi və simvolizmi S-vari təsvir və ya İlan(Yılan), əjdaha, qarmaq kimi tanınan simvol qoruyucu magik işarə kimi hələ ibtidai dövrün neolit mərhələsində yaranaraq, sonrakı tarixi dövrlərdə öz həyatını davam etmişdir. Əksər xalqların inanclarında magik, qoruyucu ovsun təbiətli S-simvolunun yaranması və yaşaması bir neçə mərhələdən keçərək, müxtəlif forma və məzmunla səciyyələnib: I Mərhələ: İbtidai dövr. Neolit. S-simvolu insanlarda mücərrəd və simvolik düşüncə qabiliyyətinin formalaşması ilə, onun ətraf təbiətlə münasibətləri təcrübəsindən yaranır. Zəhərli ilan sancmış insanın dəhşətli əzablarla ölməsini görənlər - ilanı güclü və ilahi məxluq sayır. İnsan ilandan artıq qorxur. Qorxu “ilahi qüvvə” ideyası yaradaraq, itaət, səcdə, ibadət yaradır. “İlahi qüvvə” sahibinin - qatil olması ilə bərabər, qoruyucu olmasına da inam yaranaraq, bu “qüvvəni” ovsun vasitəsilə xeyirxah məqsədə yönəltmək istəyi yaranır. Bu istək totem funksiyasını əldə etmiş ilanı və onu işarələndirən (əvəz edən) S-vari simvolu yaradaraq, onu etibarlı talismana çevirir. İlanların qızmar günəş altında spiral şəklində qıvrılması onun günəşlə əlaqəsinə inam yaradaraq, S-simvolun əvvəlcə - spiral, bir qədər sonra isə - S şəklində birləşmiş cüt spirala çevrilməsini təmin edir. Günəşlə bərabər, İnsan həyatının sudan asılı olmasını dərk edən insanlar ilanvari, dolanbac çay axarlarını nəhəng mifik “Su İlanı” şəklində təsəvvür etməyi başlayırlar. Beləliklə, artıq İbtidai dövrdə S-simvolu həyatverici günəşin və suyun birliyini ifadə edən dualizm(ikilik) konsepsiyasını əks etdirir. Mücərrəd müstəvidə - birləşmiş spirallar “fiziki” və “ruhi” həyatlarının birliyini, birinin digəri ilə əlagəsini ifadə edirlər. S-şəklində əlaqələndirilən bu spirallar sonsuzluğu, ölməzliyi simvolik şəkildə ifadə edərək, güclü qoruyucu (talismanik) işarəyə çevrilir. II Mərhələ: Qədim dövrdə Təbiət qanunauyğunluqları sistemləşərək, dini-ideoloji əsatirlərdə öz izahlarını tapırlar. İnsanlar ilanı əvvəlki kimi qoruyucu məxluq sayır. Qədim Misir fironlarının başı üzərində təsvir olunan ilanlar, Qədim Yunanıstanın Minoy mədəniyyətinə aid, əllərində ilan tutan “İlan İlahəsi” bunu bir daha sübut edir. Yaxın Şərqin qədim Sumer-Babil, Ön Asiyanın Hittit dövlətində Hatti tayfalarının “İlluan-ka”(“İlan ana”) tanrıçası və digər mifoloji motivlərdə ilan əvvəlcə - Nəhəng İlan, sonra isə - Əjdaha obrazına çevrilir. Qorxunc və nəhəng əjdaha obrazı Ari tayfalarının yaratdığı müqəddəs Avestada “aji-daxaka” - bədxah, şər qüvvələrin təmsilçisinə çevrilir. Bunun əksinə olaraq, prototürk tayfalarda - Hattilər(hittit), Qutilər, Lulubilər, Skitlər, Sakalar, Sarmatlar) panteistik dünya görüşdən qaynaqlanan xeyirxah əjdaha obrazını və simvolunu yaradırlar. İbtidai dövrün S-şəklində birləşmiş “cüt spiral” simvolu dualistik konsepsiyanı əks etdiyi halda – yeni, mərkəzləşmiş tayfa birlikləri və dövlətlərin dinində yaranan əjdaha obrazı - vahidlik və güc simvoluna çevrilərək, spiralsız, sadə S–vari formada təsbit olunur. Artıq bu dövrdən Ssimvolu ilandan qat-qat güclü olan - Əjdaha simvolunu ifadə edir. III Mərhələ: Erkən Orta əsrlərdə qohum etnik mənşəyə malik Asiya xalqlarında tədricən ümumi dini-ideoloji ehkamlar, mifoloji personajlar və onların rəmzləri formalaşır. Bunlardan biri də - əjdaha və onun S-vari qoruyucu simvoludur. Bu obraz və onun simvolu “İpək yolu” vasitəsilə yayılaraq, Asiya çöllərində sahiblik edən bütün türk tayfalarında bərqərar olur. Bədxah və şər qüvvələri təmsil edən qədim “Ari əjdahası” - Firdövsinin “Şahnamə” əsərində yenidən dirçəlir. İran - Turan qarşıdurması “əjdahalar qarşıdurmasında” öz ideoloji davamını tapır. Hunnların Qara dənizdən Qobı səhrasına və Çinədək yaratdıqları nəhəng imperiyada Əjdaha obrazı göy (səma), günəş(od) və həyatverici su ünsürlərini birləşdirərək, od püskürən, qanad və pulcuqlu(balıq), zirehli bədən əldə edir. Çində qədimdən mövcud olan və türklərin panteistik dünyagörüşlərinə uyğun olan - yerli əjdaha kultu, türklərin qoruyucu əjdahası ilə birləşərək, biri-digərini zənginləşdirir. Bu Əjdaha obrazının qoruyucu, simvolik təsvirinə gəldikdə, o sadələşərək, sxematikləşərək S-şəkilli simvola çevrilir. Talismanik Əjdaha obrazının S-vari simvolu türklərin evlərində, şəxsi əşyalarda, xalı və tikmələrində xeyirxah Əjdahanı təmsil qorunmanı, xeyir-bərəkət gətirməsini və edərək, şərdən bəd-nəzərdən müdafiə etməsini təmin etmişdir. Müasir dövrdə, ikinci dəfə, bizə latın əlifbası ilə gəlmiş S-simvolu öz “genetik” yaddaşında xeyirxah Türk Əjdahasının simasını və gücünü saxlamaqdadır. ŞƏKİLLƏR :