Download The origin and symbolism of the S-shaped protective symbol

Document related concepts
no text concepts found
Transcript
Telman Ibrahimov
Azerbaijan
The origin and symbolism of the S-shaped protective symbol
S-şəkilli qoruyucu talismanın mənşəyi və simvolizmi
S-vari təsvir və ya İlan(Yılan), əjdaha, qarmaq kimi tanınan simvol qoruyucu magik işarə kimi hələ ibtidai dövrün neolit mərhələsində yaranaraq,
sonrakı tarixi dövrlərdə öz həyatını davam etmişdir. Əksər xalqların
inanclarında magik, qoruyucu ovsun təbiətli S-simvolunun yaranması və
yaşaması bir neçə mərhələdən keçərək, müxtəlif forma və
məzmunla
səciyyələnib:
I Mərhələ: İbtidai dövr. Neolit. S-simvolu insanlarda mücərrəd və
simvolik düşüncə qabiliyyətinin formalaşması ilə, onun ətraf təbiətlə
münasibətləri təcrübəsindən yaranır.
Zəhərli ilan sancmış insanın dəhşətli əzablarla ölməsini görənlər - ilanı
güclü və ilahi məxluq sayır. İnsan ilandan artıq qorxur. Qorxu “ilahi qüvvə”
ideyası yaradaraq, itaət, səcdə, ibadət yaradır. “İlahi qüvvə” sahibinin - qatil
olması ilə bərabər, qoruyucu olmasına da inam yaranaraq, bu “qüvvəni”
ovsun vasitəsilə xeyirxah məqsədə yönəltmək istəyi yaranır. Bu istək totem
funksiyasını əldə etmiş ilanı və onu işarələndirən (əvəz edən) S-vari simvolu
yaradaraq, onu etibarlı talismana çevirir.
İlanların qızmar günəş altında spiral şəklində qıvrılması onun günəşlə
əlaqəsinə inam yaradaraq, S-simvolun əvvəlcə - spiral, bir qədər sonra isə - S
şəklində birləşmiş cüt spirala çevrilməsini təmin edir.
Günəşlə bərabər, İnsan həyatının sudan asılı olmasını dərk edən
insanlar ilanvari, dolanbac çay axarlarını nəhəng mifik “Su İlanı” şəklində
təsəvvür etməyi başlayırlar.
Beləliklə, artıq İbtidai dövrdə S-simvolu həyatverici günəşin və suyun
birliyini ifadə edən dualizm(ikilik) konsepsiyasını əks etdirir. Mücərrəd
müstəvidə - birləşmiş spirallar “fiziki” və “ruhi” həyatlarının birliyini, birinin
digəri ilə əlagəsini ifadə edirlər. S-şəklində əlaqələndirilən bu spirallar
sonsuzluğu,
ölməzliyi simvolik şəkildə ifadə edərək, güclü qoruyucu
(talismanik) işarəyə çevrilir.
II Mərhələ: Qədim dövrdə Təbiət qanunauyğunluqları sistemləşərək,
dini-ideoloji əsatirlərdə öz izahlarını tapırlar. İnsanlar ilanı əvvəlki kimi
qoruyucu məxluq sayır. Qədim Misir fironlarının başı üzərində təsvir olunan
ilanlar, Qədim Yunanıstanın Minoy mədəniyyətinə aid, əllərində ilan tutan
“İlan İlahəsi” bunu bir daha sübut edir.
Yaxın Şərqin qədim Sumer-Babil, Ön Asiyanın Hittit dövlətində Hatti
tayfalarının “İlluan-ka”(“İlan ana”) tanrıçası və digər mifoloji motivlərdə ilan
əvvəlcə - Nəhəng İlan, sonra isə - Əjdaha obrazına çevrilir.
Qorxunc və nəhəng əjdaha obrazı Ari tayfalarının yaratdığı müqəddəs
Avestada
“aji-daxaka” - bədxah, şər qüvvələrin təmsilçisinə çevrilir. Bunun
əksinə olaraq, prototürk tayfalarda - Hattilər(hittit), Qutilər, Lulubilər,
Skitlər, Sakalar, Sarmatlar) panteistik dünya görüşdən qaynaqlanan xeyirxah əjdaha obrazını və simvolunu yaradırlar.
İbtidai dövrün S-şəklində birləşmiş “cüt spiral” simvolu dualistik
konsepsiyanı əks etdiyi halda – yeni, mərkəzləşmiş tayfa birlikləri və
dövlətlərin dinində yaranan əjdaha obrazı - vahidlik və güc simvoluna
çevrilərək, spiralsız, sadə S–vari formada təsbit olunur. Artıq bu dövrdən Ssimvolu ilandan qat-qat güclü olan - Əjdaha simvolunu ifadə edir.
III Mərhələ: Erkən Orta əsrlərdə qohum etnik mənşəyə malik Asiya
xalqlarında tədricən ümumi dini-ideoloji ehkamlar, mifoloji personajlar və
onların rəmzləri formalaşır. Bunlardan biri də - əjdaha və onun S-vari
qoruyucu simvoludur. Bu obraz və onun simvolu “İpək yolu” vasitəsilə
yayılaraq, Asiya çöllərində sahiblik edən bütün türk tayfalarında bərqərar
olur.
Bədxah və şər qüvvələri təmsil edən qədim “Ari əjdahası” - Firdövsinin
“Şahnamə” əsərində yenidən dirçəlir. İran - Turan qarşıdurması “əjdahalar
qarşıdurmasında” öz ideoloji davamını tapır.
Hunnların Qara dənizdən Qobı səhrasına və Çinədək yaratdıqları
nəhəng imperiyada Əjdaha obrazı göy (səma), günəş(od) və həyatverici su
ünsürlərini
birləşdirərək, od püskürən, qanad və pulcuqlu(balıq), zirehli
bədən əldə edir. Çində qədimdən mövcud olan və türklərin panteistik
dünyagörüşlərinə uyğun olan - yerli əjdaha kultu, türklərin qoruyucu əjdahası
ilə birləşərək, biri-digərini zənginləşdirir. Bu Əjdaha obrazının qoruyucu,
simvolik təsvirinə gəldikdə, o sadələşərək, sxematikləşərək
S-şəkilli simvola
çevrilir.
Talismanik Əjdaha obrazının
S-vari simvolu türklərin evlərində, şəxsi
əşyalarda, xalı və tikmələrində xeyirxah Əjdahanı təmsil
qorunmanı, xeyir-bərəkət gətirməsini və
edərək, şərdən
bəd-nəzərdən müdafiə etməsini
təmin etmişdir.
Müasir dövrdə, ikinci dəfə, bizə latın əlifbası ilə gəlmiş
S-simvolu öz
“genetik” yaddaşında xeyirxah Türk Əjdahasının simasını
və gücünü
saxlamaqdadır.
ŞƏKİLLƏR :