Download AS ALBANIAN KHACHDASH TURNED IN ARMENIAN KHACHKAR

Document related concepts
no text concepts found
Transcript
1
AS ALBANIAN KHACHDASH TURNED IN ARMENIAN KHACHKAR
The article covers to the foundation and formation of Albanian cross- stone "Khachdash". With the resettlement of Armenians in the middle of the 19th century
across the territory of the historic Caucasian Albania, the Armenians also began to
make khachdash. With the elimination of the Albanian Apostolic Church in 1736, the
process of armenization of Albanian khachdash began. The hostile with the
Albanian, Armenian church encouraged the destruction and alteration of Albanian
khachdash in accordance with the doctrine of Gregorianism. Albanian inscriptions
were erased and replaced by Armenian ones. Many Albanian khachdash’s were taken
to Armenia and demonstrated as Armenian monuments.
QAFQAZ ALBANİYASI “XAÇDAŞ”LARI
NECƏ ERMƏNİ “XAÇKAR”LARINA ÇEVRİLDİ...
Xaçdaş abidələri Qafqaz Albaniyasında yerli xaçpərəst albanlar tərəfindən
yaradılmış memorial-xatirə və qəbirüstü abidələrdir. Belə abidələr bir çox hallarda
tanrıya olan şəxsi məhəbbətin ifadəsi, ona mənəvi borcun “qaytarılması” təzahürü
kimi ayrı-ayrı şəxslər, ailə, nəsil və icmalar tərəfindən yaradılmışlar.
Daşdan yonularaq, şaquli vəziyyətdə yerə basdırılan və ya divara hörülən xaç
təsvirli (bəzən xaç formalı) stellalar albanlar tərəfindən “Xaçdaş” adlandırılmışlar.
Ermənilərin bu ərazilərə köçərək, albanlarla təmasda olmaları nəticəsində xaçdaş
yaratmaq ənənəsi ermənilərdə də yayılır. XIX əsrin əvvəllərindən bu qədim sənəti
“erməniləşdirmək” məqsədi ilə xaçdaşlar erməni dilinə uyğun - “xaçkar”
adlandırılmağa başlanmışlar.
Xaçdaşların erkən prototiplərini ibtidai dövrün menhir abidələrində görmək
mümkündür.
Meqalit tipli menhirlər(yerli əhali arasında “çoban daşı” adı ilə
tanınmışlar) təbiət (torpaq, su, dağ) ruhlarının şərəfinə, onları məmnun etməklə
rəğbətini qazanmaq məqsədi ilə e.ə. I minillikdə yayılmışlar. Tarixi Azərbaycan
ərazilərində ilk dövlətlərin yaranması ilə menhirlər öz əvvəlki dini-mərasim
funksiyasını itirərək, bəzi hallarda sərhəd daşları kimi istifadə olunmuşlar.
Orta əsrlərdə, xüsusilə, xaçpərəstliyin yayıldığı Qafqaz Albaniyasında belə daş
abidələrin dini və mərasim funksiyası yeni dinə uyğun şəkildə dirçəlir. Xristianlıqın
yayılması ilə xaçdaşlar memorial-xatirə abidələri kimi icmanın həyatında mühüm
tarixi hadisələri əbədiləşdirmək məqsədi ilə ucaldılmağa başlayırlar. Belə mühüm
hadisələr sırasında yeni tikilmiş kilisənin “müqəddəsləşdirilməsi” ayini, varlı ailə
2
üzvünün xaçaçuran edilməsi ayini, nüfuzlu möminin vəfatı və dəfni hadisəsi, şəxs və
ya icma tərəfindən ilahi möcüzənin şahidi olması hadisəsi, tanrıdan dilək, arzu və
istəyin çin olunması hadisəsi və s. göstərmək olar. Fərdin, ailənin, qəbilənin və ya
icmanın tanrıya olan “mənəvi borcu”nu, tanrıya məhəbbətini və şükranlıq hissini
ifadə edən xaçdaşların hazırlanması “qurbanvermə” mahiyyətli hərəkət, onun maddi
sübutu və təzahürü kimi bərqərar olur. Xaçdaşın ucaldılması tanrıdan alınmış ilahi
sevginin, ruzi və bərəkətin müqabilində fərd və ya icma tərəfindən yerinə yetirilən
əhd (mənəvi və fiziki borc) kimi qavranılırdı.
Xaçdaşın təsviri: Monumental, stellavari xaç təsvirli və ya xaş şəklində
yonularaq, hündürlüyü 1,5 m. dək çatan daş abidə. Parallelipiped şəklində yonulmuş
xaçdaş stellası qəbir abidəsində üfüqi şəkildə yerə basdırılmış dördkünc daş plitəin
üstünə (sinə daşına bənzər), oyulmuş dəlikdə bərkidilirdi.
Xaçdaşın yalnız üz tərəfi aktiv(təsvirli) olub. Arxa tərəf (passiv) hamar
yonulmuş boş səthdən ibarət olmuşdur. Xaçdaşın təsviri, ornamental və epiqrafik
motivləri yüksək relyef şəklində səth üzərində daşyonma və daşoyma üsulları ilə
yaradılırdı. Yüksək relyefin yerlik (fon) səthindən hündürlüyü 0,5 sm. dən - 2 sm.dək olurdu. Əksər Xaçdaşların təsvirli üzü iki mərtəbəli profil şəklindədir. Ən
mürəkkəb və zəngin xaçdaşlar 3 və 4 mərtəbəli (səviyyəli) relyef kompozisiyalardan
ibarətdirlər.
Xaçdaşın simvolik mahiyyətini və bədii kompozisiyasının mərkəzi elementini
Alban kanonuna uyğun xaçın relyefli təsviri təşkil edir. Xaç dekorativ haşiyə ilə dörd
tərəfdən əhatələnərək kompozisiyasının dayanaqlı strukturunu təşkil edir. Əksər
halda xaç tağvari (mehrabi) mərkəzi sahənin içində, dekorativ oymalarla bəzədilmiş
şəkildə nəzərə çarpır. Bəzi xaçdaşların kompozisiyalarında dekorativlik naminə xaç
motivi bir neçə dəfə təkrar olunur, belə olan halda mərkəzi xaç - əsas rolu oynayır və
digərlərdən ölçüləri və zənginliyi ilə fərqlənir.
Xaç təsviri ilə bərabər, bir çox klassik xaçdaşların simvolikasında və dekorativ
kompozisiyasında günəş motivinin dekorativ ifadəsinə rast gəlmək mümkündür.
Ornamental motivlərlə bərabər xaçdaş kompozisiyalarında süjetli motivlərə,
insan, heyvan və quş təsvirlərinə də rast gəlmək mümkündür. Belə təsvirlər adətən
xaçdaşın alt hissəsində, ilahi xaçın dekorativ haşiyəsindən xarıcdə təsvir olunur.
3
Xaçdaşın təsnifatı: Xaçdaşlar öz quruluşuna görə əsasən dördkünc stellavari
şəkildə olurlar. Lakin, bunla belə, az sayda tağvari formaya malik xaçdaşlara da rast
gəlinir. Xaçdaşların dekorativ tərtibatına gəldikdə burada sırf ornamental dekorla
bərabər, süjetli, fiqurativ təsvirlərə də rast gəlinir. Ornamental kompozisiyalarda
nəbati və həndəsi motivlərdən ibarət dekor çoxluq təşkil edir. Fiqurativ təsvirlər daha
çox qəbirüstü abidə funksiyasını daşıyan xaçdaşlarda təsadüf edir. Belə xaçdaşlar
bəzi hallarda epiqrafik yazılarla müşayiət olunurlar. Xaçdaşların dekorativ tərtibat
üslubları və kanonları yerli və regional ənənələri əks edirlər.
Xaçdaşların yaranma tarixi və coğrafiyası : Xaçdaşların yaranması və geniş
yayılması Qafqaz Albaniyasının bəzi hissələrində xristian dininin yayılması dövrünə
təsadüf edir. Erkən orta əsrlərə aid arxaik xaçdaşlar bu günə kimi gəlib çatmayıblar.
Aşkarlanan xaçdaşların ən erkənləri 10-13 əsrlərə aid edilirlər. 16-18 əsrlərdə xaçdaş
sənəti klassik inkişaf dövrünü keçirir. Xaçdaşların son çiçəklənmə dövrü 19-cu əsrin
soni 20-ci əsrin əvvəllərinə təsadüf edir.
Xaçdaşların cöğrafiyasına gəldikdə onlar əsasən tarixi Qafqaz Albaniyasında
xaçpərəstliyin yayıldığı ərazilərdə yayılmışdır. Alban dövlətçiliyi və Avtokefal
Alban Kilsəsi ləğv olunduqdan sonra belə xaçdaşlar ucaltmaq ənənəsi 20-ci əsrin
əvvəllərinədək davam etmişdir.
Xaçdaşların ən çox yayıldığı ərazilər aşağıdakilərdir: Ağdərə, Tərtər,
Kəlbəcər, Ağdam, Xöcavənd, Qəbələ, Qax, Gədəbəy, Şəki, Balakən, Zaqatala,
Xankəndi, Şuşa, Daşkəsən, Qazax, Ağstafa və başqaları.
Xaçdaşlar etno-mədəni və syasi mühitdə: Qədim Alban xaçdaşlarını yaradan
xaçpərəstlər diofizit (yunan: dio-iki, fizis-təbiət ) olmuşlar. Bu xaçdaşları vaxtaşırı
“mənimsəyən” və gizli şəkildə Ermənistana aparan ermənilər isə – miafizit (yunan:
mia-vahid, fizis-təbiət) xristoloji konsepsiyanın tərəfdarları idilər. Bu səbəbdən
Alban və Erməni xaçdaşlarında fərqli bədii-simvolik kanon formalaşır. Alban
xaçdaşlarında səma cismləri(günəş, ay, ulduz) və təbiət ünsürlərinə olan əski inam
simvolları saxlanılır. Daha qədim və autentik alban xaçdaşlarının bədii-simvolik
strukturu, onları “mənimsəyən” ermənilərin “xaçkar kanonuna” təsir edərək, onu
“albanlaşdırır”.
4
Qarabağ Xanlığının XIX ə. əvvəlində Rusiyaya birləşdirilməsi ilə Alban Apostol
kilsəsi ləgv olunaraq, erməni Qriqorian Kilsəsinə tabe olunur. Erməni kilsəsinin
məqsədyönlü ardıcıl fəaliyyəti nəticəsində pravoslav məzhəbli xaçpərəst albanlar qriqorianlaşır, erməni dilini və yazısını qəbul edirlər.
Tarixi Qafqaz Albaniyasının islamlaşmış Qarabağ sakinləri qədim alban
xaçdaşlarını yad dini-mədəni fenomen sayaraq, onları “özgələşdirir”. Bundan istifadə
edən ermənilər alban xaçdaşlarını sırf erməni etnosu və mədəniyyətinin təzahürü
kimi dünyaya tanıdır. Bununla da, alban xaçdaşları – erməni xaçkarlarına çevrilirlər.
İbrahimov Telman İsmayıl oğlu.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu. Aparıcı elmi işçi.
15.02.2013
ŞƏKİLLƏR
5
6
7
8
9
10
11
12
13
14
15
16