Download Dragons carpet Varni and Zili are mistakenly hung in the Museums upside down
Document related concepts
no text concepts found
Transcript
Dragon carpets "Varni" and "Zili are mistakenly hung in the Museums upside down. The dragon carpets appeared in the Safavid era. In the 19th century they migrated to flat-woven carpets. Strongly geometricized and schematized images of dragons became difficult to recognize. Many museums hang these carpets wrong, upside down. VƏRNİ XALÇALARIMIZIN MUZEYLƏRDƏ TƏRSİNƏ ASILMASI PROBLEMİNƏ DAİR Azərbaycanda ən çox Əjdaha olan yer – Azərbaycan Xalça Muzeyidir! Xalçalrımızdakı “əjdaha”lar “Xeyr-Şər” simvolu, “ruzi-bərəkət” qoruyan talisman kimi əcdadlarımızın inamlarını əks etmişdir. “Xeyirxah əjdaha” evi, ocağı, ailəni – “bəd nəzərdən”, “Şər”dən qoruyaraq, əmin-amanlığın, var-dövlətin keşikçisi idi. Qoruyucu, mistik simvol kimi ev və şəxsi əşyalarda əjdaha təsvirini yerləşdirmək qədim dövrdən başlayıb, lakin Səfəvi dövrü (XVI-XVIII ə.ə.) xalçalarında daha geniş vüsət alıb. Təbriz, Ərdəbil, Qarabağ xovlu xalçalarında “əjdaha” kifayət qədər “realistik” və tanınan şəkildə təsvir olduğundan, onların dünya muzeylərində düzgün asılmasında bir o qədər problem yaşanmayıb. Lakin XIX əsrdən bu “əjdaha”lar xovsuz xalçalara “köçür”, bu gün isə, həmin xalçalar dünya muzeylərindədir. Əjdahalarımızın problemləri də buradan başlayır... Aşağı ilmə sıxlığı ilə toxunmuş və texnologiyasına görə daima sxematikliyə və həndəsiliyə meylli olan “Vərni” və “Zili” xalçalarında Əjdahalar kəskin sxematikləşərək, çətin anlanan görkəmə düşür. Bu gün “əjdaha”nın qoruyuculuğuna, “xeyir-bərəkət” gətirməsinə inam artıq itib. Bununla bərabər, “əjdaha” obrazının tanınma, “eyniləşdirmə kodu” da itirilib. Bunun nəticəsində bəzi muzeylərdə “əjdahalı” “vərni”lərimiz baş aşağı, ayağı-yuxarı asılıb. Obyektivlik naminə demək lazımdır ki, düzgün asılmış əjdahalı “vərni”lərə də rast gəlirik. Bu məsələni hərə öz bildiyi kimi “...Maaaaa elə gəlir ki...”!!! metodu ilə həll edir. Hesab edirəm, “əjdaha”lı xalçaların “vətəni” olan Azərbaycana və “əjdaha” inamının varisləri olan Azərbaycanlılar üçün bu dözülməzdir. Ermənilər olsaydı, bütün dünyanı məcbur etmişlər ki – “belə olmaz, bu kobud səf, savadsızlıq, bizim qədim inamlarımıza, incəsənətimizə hörmətsizlikdir”. Əslində biz də belə düşünməliyik, bu fakt “bayrağı başı aşağı asmağa bərabərdir. Bu problemin ciddiliyini nəzərə alaraq, dünya kolleksiyalarında olan 40 yaxın Səfəvi dövrü(XVI-XVIIIə.ə.) “əjdahalı” xalçası və onların varisi olan 40 yaxın XIX-XXə. əvvəlinə aid “vərni” və “zili xalçası ikonoqrafik təhlil olunaraq, əjdaha təsvirinin etalon”u(çeşni) müəyyən olunmuş və həmin etalonun “vərni” əjdahaları ilə “qohumluğu” birmənalı təsdiq olunmuşdur. I Problemin yaranma səbəbləri : 1. XIX-XX ə. əvvəlinə aid Azərbaycanın xovsuz “vərni” və “zili” xalçalarında “əjdaha” təsvirləri kəskin həndəsiləşmə və stilizasiyaya uğradığından çətin anlanan görkəmə düşür. “Əjdaha”ların sxematik S-vari formaya düşərək, “yuxarı və aşağı”,“baş və ayaqlar”ın tanınmaz şəkilə düşməsi, fiqurun digər detallarının “ixtisar” olunması səbəbindən xalçalar bir çox muzeylərdə, o cümlədən Azərbaycan Xalçası Muzeyində tərsinə asılır. 2. Ümumi sayına görə az olan (lakin var!) “vərni” və “zili”lərdə “əjdaha”larla bərabər(boşluqlarda) xırda qoruyucu-amulet (“tumar”, “hamayil”), quş, heyvan, insan, ağac təsvirləri də mövcuddur. Bunlar bəzi hallarda “əjdaha” təsvirinin “yuxarı-aşağı” istiqamətinə uyğun, bəzi hallarda isə - əksinə toxunub. Bunun səbəbi XIX ə. toxucularının qədim “əjdaha” obrazını artıq düzgün qavraya bilməməsi, onun aşağı və yuxarı hissəsini ayırd edə bilməməsi və ya buna ciddi əhəmiyyət verilməməsi nəticəsində meydana gəlmişdir. Yaddan çıxarmayaq ki, bu xalçaların əsas elementi “əjdaha”dır və onlar “əjdahalı xalça”lar adlanır. 3. Bəzi mötəbər muzeylərin “əjdahalı” “vərni”lərimizi tərsinə asması diğər xırda muzeylərə də təsir etmişdi. Obyektivlik naminə demək lazımdır ki, “əjdaha”lı vərnilərimizi düzgün başa düşən və asan muzeylər də az deyil. Səfəvi xalçalarında “əjdaha” təsviri nisbətən “realistik” və tanınan olduğundan muzeylərdə tərsinə asılma faktları azdır. “Əjdaha”lı vərnilərimizin muzeylərdə tərsinə asılması faktları çoxdur. Bu xalçaların internet vasitəsilə “tirajlanması”, onların “başı aşağı” olmasını normal hal kimi təsbit etmişdir. “Çoxu belə yerləşdiribsə - deməli – belə düzgündür” prinsipi ilə. Muzeylərdən fərqli olaraq, məşhur dünya auksionları Christie’s, “Scinner”, “Kunstauktionen” və b. öz kataloqlarında “əjdahalı” xalçalarımızı düzgün nəşr etmişlər. 4. “Şərq xalçaları üzrə Beynəlxalq konfrans”ın(İCOC) məsul təşkilatçısı, Azərbaycan xalçasının “dostu-qardaşı” və muzeyin əcnəbi kuratoru olan Alberto Boralevi, muzeyin keçmiş rəhbəri Röya Tağıyevanın muzey ekspozisiyasında “əjdahalı vərni”ni tərsinə asmaları bu gün də yaşanan acı həqiqətidir. Və məsələ A. Boralevinin mövqeyi ilə bitmir. Röya Tağıyeva “Azərbaycan xalçası ensiklopediyası. I cild” kitabında vərni xalçaların hamısını tərsinə yerləşdirmiş və izah vermişdir. Həmin səfi, “Azərİlmə” müəssisəsinin rəhbəri Vidadi Muradov da öz “Qarabağ xalçaları” kitabında təkrar edir. Bu onların mövqeyidir. Belə mövqe ilk növbədə ona görə təcüb doğurur ki, onlar Lətif Kərimovun “Azərbaycan xalçası. I cild” kitabında həmin əjdahanın ayaqları və başının düzgün göstərilməsindən xəbərsiz deyillər. Lətif Kərimov səf etmişsə, bu sübut olunmalı və ictimailəşdirilməli idi ki xalq da öz əjdahasını tanısın. Belə sübutlar yoxdur və əminəm olmayacaq ! II Problemin həlli : 1. Məqaləyə əlavə olunmuş Səfəvi xalçaları və onların sələfləri olan “əjdahalı vərni”lərə bir daha, DİQQƏTLƏ baxaraq, əjdahanın “baş - ayağını” görmək, onun profili, duruşu, hərəkəti və ayrı-ayrı detalların ikonoqrafik variantlarını nəzərdən keçirərək, “ƏJDAHAMIZI YENİDƏN GÖRMƏK və TANIMAQ” ilk növbədə bizim özümüz üçün vacibdir. 2. Xalaça mütəxəssislərimiz bu məsələdə birmənalı mövqeyə gəlməlidir. Subyektivlik, ambisiyalar, “maaaa elə gəlir ki...” arqumenti və ya “xarici ekspert bizim xalçamızı bizdən yaxşı tanıyır” mövqeyi sübut edir ki, qeyri-müəyyənlik və özündən şübhələnmək elə bizim özümüzdən başlayır. “Əjdaha”lı vərniləri düz asmaqla biz digər muzeylərə də “siqnal” göndərmiş olarıq. Vərnilər olan muzeylər və onların xalça expertləri bilməlidir ki, “əjdahalı xalçalar”ın vətəni Azərbaycandır və Azərbaycanlılar daha düzgünü bilir. Onda onlar da xalçaları düzgün təqdim edər. Bəzi ekspertlərin fikirinə görə xalça hansı istiqamətdə toxunubsa, o istiqamətdə də nümayiş olunmalıdır. Hesab edirəm, bu ekspert mövqeyi deyil, tocucu mövqeyidir. Xalça toxucusunun əjdahanı səf başa düşərək, tərsinə toxumasının və ya buna əhəmiyyət verməməsinin xalçanın üzərindəki təsvirlərə əsasən düzgün asılmasına aidiyyatı yoxdur. Belə çıxır ki, əgər toxucu kiminsə portretini, fiqurunu tərsinə, başıaşağı toxuyubsa – deməli belə də asılmalıdır, çünki toxucu bu istiqamətdə toxuyub !!!. Belə meyar yalnız aşağısı-yuxarısı olmayan simmetrik naxışlara şamil oluna bilər. Xalçaya baxan tamaşaçı toxunma istiqamətini görmür və bilmir. Bu ona maraqlı da deyil. Amma başı-aşağı olan təsviri-görür. Əfsuslar olsun ki, bu məntiqə sığmayan, fikir tərəfdarları da var. Əminəm ki, həmin o expertlər, toxucu ucbatından özlərinin başı-aşağı toxunmuş portretlərini toxunduğu kimi, baş-aşağı vəziyyətdə asmazdılar. 3. Vərni xalçalarının təqdimat problemi əsaslandırılaraq, Beynəlxalq Muzeylər Komitəsi (İCOM) vasitəsilə xalçalarımız olan muzeylərə çatdırılmalı, ilk növbədə isə -özümüzdən başlamalıyıq. Yəqin ki, bu iş Mədəniyyət Nazirliyi və Xalça muzeyinin bir-başa vəzifəsidir. 4. Xalça üzərindəki “əjdaha” təsvirinin - bədii obraz, bu obrazın isə, subyektiv və fərdi təxəyyüldən asılı olaraq qavranmasını nəzərə alaraq, muzeyə gələnlərə “vərni” xalçalarında çətin anlanan S-vari formalı “əjdaha” təsvirini “görmək”də köməklik edərək, uyğun ekskursiya mətni hazırlanmalı və tamaşaçılara çatdırılmalıdır. Mirasımıza hörmət edək ki, başqaları da bizə hörmət etsin !